Kaliforniyada atışma nəticəsində 7 nəfər fermer öldü

Kaliforniya ştatının Half Moon Bay şəhərində baş verən iki atışma nəticəsində azı 7 nəfər həlak olub. Bu barədə bazar ertəsi NBC telekanalının yerli bölməsi məlumat yayıb.

Telekanalın mənbələrinə görə, həlak olanlar çinli fermerlərdir. Polis 67 yaşlı şübhəli şəxsi həbs edib. 

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.