Kadırovun oğlundan daha bir aşağılayıcı paylaşım - FOTO

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Quranı yandırdığına görə həbs edilən Nikita Juravelin döyülməsindən sonra sosial şəbəkələrdə ilk paylaşımını yayıb 

Yayımlanan fotoda 15 yaşlı Adamın qara geyinmiş, günəş eynəyi bir qədər aşağı salınmış kadra baxdığı görünür.

“Məni qeybət edə, nifrət edə, paxıllıq edə və müzakirə edə bilərsiniz. Amma ikimiz də başa düşürük ki, görüşəndə ​​mənə şirin-şirin gülümsəyəcəksən...” deyə fotonun altında yazılıb.

Məlumdur ki, yazı üç gün əvvəl, döyülmə videosu dərc edildikdən dərhal sonra ortaya çıxsa da, ancaq indi diqqət çəkib.