Kadırovu tənqid edən çeçen bloger İsveçdə yoxa çıxıb

Dekabrın əvvəlindən hüquq müdafiəçiləri və jurnalistlər 36 yaşlı çeçen müxalifətçi bloger Tumso Abduraxmanovla əlaqə saxlaya bilmirlər.

Bizimxeber.az bildirir ki, bu arada Telegram kanallarında onun öldürüldüyü barədə təsdiqlənməmiş məlumatlar yayılıb.

Son illərdə Abdurahmanov İsveçdə yaşayıb və burada Çeçenistan rəhbərliyi ilə əlaqəli olan sui-qəsdin qurbanı olub. Çeçenistan lideri Ramzan Kadırovu fəal tənqid edən bloggerin yoxa çıxması ilə bağlı heç nə məlum deyil.

Qeyd olunur ki, dekabrın 1-də günortadan sonra “İçkeriya: Qəhrəmanlar, Düşmənlər və Satqınlar” teleqram kanalında Abduraxmanovun qətli ilə bağlı mesaj yayılıb.

Elə həmin gün axşam Rusiyayönlü Kavkaz Cəbhəsi kanalında bir müxalifət bloqerinin güllə yarası ilə xəstəxanaya yerləşdirildiyi iddia edilən video yayımlanıb. Arxa planda müəyyən bir şəxsin “İndi müstəntiq gəlməlidir... müstəntiq” ifadəsini necə tələffüz etdiyini eşidə bilərsiniz. Videonun altındakı yazıda Abduraxmanovun öldürüldüyü deyilir.