Kadırovın yaydığı görüntülər lağa qoyuldu - "Çeçen əsgərləri havaya güllə atır" - VİDEO

Çeçenistanın rəhbəri Ramzan Kadırov Luqansk istiqamətində çeçen təhlükəsizlik qüvvələrinin döyüşlərini nümayiş etdirən videogörüntülər yayıb.

Bizimxeber.az "Ria Novosti"yə istinadən bildirir ki,  kadrlar Ukrayna mediasında əks-hücumla bağlı yayılan məlumatları təkzib etmək üçün nəzərdə tutulub.

"Bu kadrlarda biz ukraynalı millətçilərin möhkəmlənmiş mövqelərindən necə sıxışdırıldığını görə bilərik. Görünür, təmizləmə plan üzrə aparılır və ona görə də uşaqlar bu məsələdə heç bir çətinlik çəkmirlər. Ukrayna Silahlı Qüvvələrinin mühasirədən çıxmaq üçün uğursuz cəhdlər edir, qalanları sürətlə döyüş ruhunu itirməkdədir” –deyə  Kadırov Telegram kanalında yazıb.

Qeyd edək ki, Ramzan Kadırovın yayımladığı videogörüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Belə ki, çeçen əsgərlərinin atəşlərinə qarşılıq verilmir və qarşı tərəfin atəş səsləri eşidilmir. Bu isə o deməkdir ki, çeçenlər sadəcə görüntü almaq üçün boş məkanlara atəş açırlar və döyüşdüklərini göstərməyə çalışırlar.