Jurnalist Şahnaz Bəylərqızı barədə həbs qərarı verildi

“Toplum TV” işi üzrə saxlanılan jurnalist Şahnaz Bəylərqızı məhkəməyə çıxarılıb.

İstintaq orqanının təqdimatına Xətai Rayon Məhkəməsində baxılıb. Qərara əsasən, Ş.Bəylərqızı barəsində 3 ay 15 gün həbs qətimkan tədbiri seçilib.

Jurnalist qaçaqmalçılıqda ittiham edilir.