Tbilisidə ekstradisiya həbsxanasında saxlanılan və 136 gündür aclıq aksiyası keçirən azərbaycanlı jurnalist Əfqan Sadıqova su və dərman verilmir.
Bizimxeber.az bildirir ki, bu barədə gürcü mediasına istinadən bildirir ki, Sadıqovun həyat yoldaşı Sevinç Sadıqova bu barədə fevralın 2-də əri ilə telefon danışığından sonra məlumat verib.
“Əfqan aclıq aksiyasını sona qədər davam etdirəcəyini bildirib. Onun vəziyyəti son dərəcə ağırdır. Quru aclığa başlamazdan əvvəl o, artıq 42 kq arıqlamışdı”, - Sadıqova bildirib.