İvanişvili İrakli Kobaxidzeni yenidən baş nazir edir

İrakli Kobaxidze yeni baş nazirliyə, Şalva Papuaşvili isə partiya sədrliyinə namizəd olacaq. 

Bizimxeber.az bildirir ki, bunu “Gürcü arzusu” siyasi şurasının iclasından sonra partiyanın icraçı katibi Mamuka Mdinaradze deyib.

Mdinaradzenin sözlərinə görə, Kobaxidzenin namizədliyini Bidzina İvanişvili təqdim edib.

“Bildiyiniz kimi, partiyanın fəxri sədrinin baş nazirliyə namizəd təqdim etmək səlahiyyəti var. Cənab Bidzina İvanişvilinin İrakli Kobaxidzenin namizədliyini irəli sürməsi təəccüblü olmayacaq. Bunu bütün komanda dəstəklədi”, - Mdinaradze bildirib.

Mamuka Mdinaradzenin sözlərinə görə, yeni parlamentdə “Gürcü arzusu” fraksiyası parlamentin sədri vəzifəsinə Şalva Papuaşvilinin – parlamentin sədri vəzifəsini icra edənin namizədliyini irəli sürəcək.