Ciddi sanksiyalara məruz qalan Bidzina İvanişvilinin həyat yoldaşı Yekaterina Xvedelidze Gürcüstanda yeni şirkət yaradıb. Yekaterina Xvedelidze "Lusol" səhmdar cəmiyyətinin 100% səhmlərinin sahibidir.
Bizimxeber.az bildirir ki, yeni şirkətin yaradılması ilə bağlı məlumatı ilk olaraq “TV First” yayıb.
Şirkətin direktoru 37 yaşlı Gela Koberidze olacaq. Məhz o, şirkətin qeydiyyatı üçün dövlət reyestrinə müraciət edib.
"Lusol" ASC-nin kapitalı ( ictimai reyestrdən çıxarış ) 100.000 laridir.