Seçki məntəqələri bağlandıqdan sonra “Gürcü arzusu”nun sədri Bidzina İvanişvili seçicilər qarşısında çıxış edib.
Bizimxeber.az bildirir ki, o seçicilərə təşəkkür edib və dördüncü seçkidə qalib gəldiklərini dünyada nadir hal adlandırıb. Bu arada məlumata görə, “İmedi” teleşirkətinin sifarişi ilə “ Qorbi ”nin keçirdiyi “exit-poll”un nəticələrinə görə, 2024-cü il parlament seçkilərində saat 18:30-da 4 partiya 5 faizlik baryeri keçib. O cümlədən, “exit-poll”un nəticələrinə görə, “Gürcü arzusu” 56,1% səs toplayıb; “Dəyişiklik üçün Koalisiya” – 12,6%; “Milli Hərəkatla Birlik” – 11,6%; “Güclü Gürcüstan” – 7,0%; “Gürcüstan üçün xoşbəxtəm” – 4,8%; "Qırçı" - 3,0%; “Gürcüstan Patriotlar Alyansı” – 2,2%; Digər - 2,7%. “İmedi” teleşirkətinin məlumatına görə, xəta marjası +-2,5 faiz təşkil edib.
***
Bu arada Gürcüstanda saat 20:00-da keçirilən səsvermə məntəqələri bağlandıqdan sonra üç exit-poll oktyabrın 26-da keçirilən parlament seçkilərinin ziddiyyətli nəticələrini göstərir.
Bizimxeber.az bildirir ki, müxalifət yönümlü telekanalların sifarişi ilə keçirilən iki sorğu ( “Edison Research” - müxalifət – 51,9%, “Gürcü arzusu” – 40,9% ) müxalifəti üstün edib.