İtkin düşən hərbçimiz Ermənistana keçib

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynov iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.

Bizimxeber.az "Sputnik Ermənistan" bildirib ki, hərbçimiz Dərələyəzin Areni kəndi yaxınlığında saxlanılıb.

Məlumatı rəsmi olaraq hələlik nə Ermənistan Müdafiə Nazirliyi, nə də Milli Təhlükəsizlik Xidməti təsdiqləyib.