İtaliyanın cənubundakı Molise bölgəsində güclü zəlzələ baş verib.
Bizimxeber.az bildirir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
İtaliya Geofizika və Vulkanologiya İnstitutu (INGV) zəlzələnin 4,6 bal gücündə olduğunu bildirib.
Zəlzələnin episentri Montaganoda, Kampobasso şəhəri yaxınlığında, ocağı isə təxminən 23 km dərinlikdə yerləşib. Son bir neçə gün ərzində rayonda çoxlu sayda kiçik təkanlar qeydə alınıb. Zəlzələnin başlaması ilə bir çox yerli sakinlər küçələrə çıxıb, bəziləri gecəni maşınlarda keçirib. İnsanlar evlərini tərk ediblər.