İtaliyada hökumətin siyasətinə qarşı kütləvi tətillər başladı

İtaliyada Giorgia Meloni başçılıq etdiyi hökumətin siyasətinə qarşı 24 saatlıq ümumi tətil keçirilir.

Bizimxeber.az bildirir ki, bu barədə ANSA məlumat yayıb.

Həmkarlar ittifaqı təşkilatlarının bəyanatlarına görə, Meloni hökuməti resursları müharibə iqtisadiyyatına yönəldir, sosial bərabərsizliyin artmasına töhfə verir və onları yeni dünya müharibəsi burulğanına sürükləyir. 

İşçilər “Müharibəyə pul xərcləməyə son!”, “Biz saatda minimum 10 avro əmək haqqı tələb edirik!”, “İş yerində ölümlər kifayətdir!” şüarları ilə çıxış ediblər.

Bundan əlavə, italyanlar İtaliyanın Şərqdəki müharibədə artan iştirakına qarşı çıxırlar.