İtaliya “Storm Shadow” raketlərini Ukraynaya göndərir

İtaliya Ukraynaya uzaqmənzilli “Storm Shadow” qanadlı raketlərinin partiyasını ötürməyi planlaşdırır.

Bu barədə İtaliyanın "Fatto Quotidiano " nəşri yazıb. Raketlərin iyunun sonunda ayrılması lazım olan doqquzuncu yardım paketinin bir hissəsi kimi gəlməsi nəzərdə tutulur.

İtaliya Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etməyib.