İsveçrə parlamenti Qolodomoru soyqırım kimi tanıdı

İsveçrə parlamenti 1932-1933-cü illərdəki Qolodomoru soyqırım aktı kimi tanıyıb.

Bizimxeber.az bildirir ki, bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk məlumat verib.

Qəbul edilmiş bəyanatda parlamentin aşağı palatası - İsveçrə Milli Şurası milli, etnik, irqi və ya dini qrupu məhv etmək məqsədi ilə aclıqdan kütləvi və məqsədyönlü şəkildə qətlə yetirməyə yönəlmiş sistemli hərəkətləri soyqırım aktı kimi tanıyır.

"Bu, həqiqətən də tarixi qərardır. Bu, tarixi ədalətin bərpası və milyonlarla günahsız qurbanın xatirəsinin qorunub saxlanılması yolunda son dərəcə mühüm addımdır", - Stefançuk bildirib.