İsveçrə də suriyalılara sığınacaq verilməsini dayandırdı

İsveçrə hökuməti Dəməşqin üsyançılar tərəfindən tutulmasından sonra Yaxın Şərq ölkəsindəki vəziyyəti daha yaxşı qiymətləndirənə qədər suriyalılara sığınacaq verilməsi prosesini dayandırıb.

Bizimxeber.az bildirir ki, bu barədə İsveçrənin Miqrasiya üzrə Dövlət Katibliyi "X" səhifəsində məlumat yayıb .

O bildirib ki, ölkə hazırda suriyalılara sığınacaq verilməsi üçün əsasların olub-olmaması və sərəncamın yerinə yetirilməsinin məqsədəuyğun olub-olmaması ilə bağlı hərtərəfli araşdırma apara bilmir.

“Katiblik Suriyadan olan sığınacaq axtaran şəxslərlə bağlı sığınacaq prosedurlarını və qərarların qəbulunu vəziyyətin yenidən qiymətləndirilməsinə qədər dərhal dayandırır”, - deyə məlumatda bildirilir.

Həmçinin Avstriya, Almaniya, həmçinin Danimarka, Norveç, Yunanıstan, İsveç və Hollandiya Suriyalı qaçqın müraciətlərinə baxılmasının dayandırıldığını açıqlayıb.