İsveçdə Quran yandıran Momika öldürüldü

İsveçdə Quran yandırma hərəkətləri ilə tanınan iraqlı qaçqın Salvan Momikanın meyiti tapılıb.

Bizimxeber.az bildirir ki, bu barədə "SVT" məlumat yayıb. 

38 yaşlı Salvan Momika aldığı güllə yaralarından dünyasını dəyişib. Onun cəsədi Stokholmun ətrafı olan Södertelje şəhərindəki evdə tapılıb. "Mənzildə hadisə yerində təxminən 40 yaşlı yaralı tapılıb və o, xəstəxanaya çatdırılıb", - Stokholm vilayət polisinin sözçüsü jurnalistlərə bildirib.

Cümə axşamı Momikaya irqi ədavətin qızışdırılması işi üzrə hökm oxunmalı idi, lakin Stokholm Dairə Məhkəməsi "təqsirləndirilənlərdən biri vəfat etdiyi" üçün hökmü təxirə saldı.

Stokholm polisi hələlik həmin şəxsin kimliyini təsdiqləməyib. SVT-nin məlumatına görə, bu işlə İsveç Təhlükəsizlik Xidməti məşğul olur.

Salvan Momika 2018-ci ildə İraqdan İsveçə gəlib və 2021-ci ildə üç illik yaşayış icazəsi alıb. O, ictimaiyyətə 2023-cü ilin yayında, İsveçin NATO-ya qəbulu zamanı bir neçə dəfə Quranı açıq şəkildə yandırdığı zaman tanınıb.

Keçən yay Momika İsveçdə bir il müddətinə müvəqqəti yaşamaq icazəsi alıb