İsveç müharibə vəziyyətində - Əhali üçün təlimatlar yeniləndi

İsveç, Rusiya Federasiyasının təhlükəsinin artması ilə mübarizə aparmaq üçün "Böhran və ya müharibə vəziyyətində" adlı broşürü yeniləyib.

Bizimxeber.az bildirir ki, bu sənəd, 2018-ci ildən bəri ilk dəfədir ki, müharibə, nüvə və kiber hücumlar zamanı əhaliyə veriləcək tövsiyələri əhatə edir.

Yeni broşür, vətəndaşları bir həftə ərzində öz-özlərinə yetmək üçün hazırlıq görməyə çağırır.

O, hava hücumları zamanı gizlənmək, yaralılara kömək etmək və kiberhücumlara qarşı mübarizə yollarını izah edir. İsveçin Mülki Müdafiə Naziri Karl-Oskar Bolin, təhlükəsizlik vəziyyətinin pisləşdiyini və təhdidlərin daha mürəkkəb hala gəldiyini vurğulayıb.

Yenilənmiş broşür, 18-29 noyabr tarixlərində poçtla İsveçlilərə göndəriləcək. Hökumət, mülki müdafiə büdcəsini iki dəfə artırmağı planlaşdırır, çünki vətəndaşların müharibəyə hazır olmağı önəmli hesab edilir.