İsveç iki PKK-çını Ankaraya verdi - NATO-ya bir addım yaxınlaşma

İsveç Ankaranın terror təşkilatı hesab etdiyi Kürdüstan Fəhlə Partiyasına (PKK) üzv olmaqda təqsirli bilinən ilk şəxsi Türkiyəyə ekstradisiya edib.

Bizimxeber.az xarici KİV-lərə istinadən bilriri ki, bununla da o, Türkiyə ilə NATO -ya üzvlük haqqında imzalanmış və terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyasını nəzərdə tutan memorandumun həyata keçirilməsi istiqamətində konkret addım atıb.

Türkiyədə 6 il 10 ay həbs cəzası alan Mahmut Tat 2015-ci ildə İsveçdən sığınacaq üçün müraciət etsə də, rədd cavabı alıb. Bir müddət əvvəl o, İsveç polisi tərəfindən saxlanılıb. Ötən gün axşam saatlarında Tat İstanbula aparılıb və oradan hökmün icrası ilə bağlı prosedurlar üçün istintaq təcridxanasına göndərilib.

Buxarestdə NATO ölkələrinin xarici işlər idarələrinin rəhbərləri və hər iki ölkənin xarici işlər nazirlərinin görüşü çərçivəsində keçirilən danışıqlardan iki gün sonra İsveç tərəfindən terror fəaliyyətinə görə məhkum olunmuş şəxsin Türkiyəyə ekstradisiyası baş tutub.

Onların nəticələrinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara İsveçin alyansa qoşulmağa daha qətiyyətli münasibətini qeyd edir, lakin NATO-ya üzvlüklə bağlı memorandumun yerinə yetirilməsi üçün konkret addımlar gözləyir.