İsveç də NATO-ya üzv olmaq üçün müraciət edir - Alyans böyüyür

"İsveç hökuməti onilliklər boyu neytrallıqdan sonra NATO-ya üzvlük üçün müraciət etmək qararına gəlib".

Bizimxeber.az bildirir ki, bu barədə ölkənin baş nazir Maqdalena Andersson bildirib.

Baş nazir Maqdalena Andersson mətbuat konfransında deyib ki, bir eranı tərk edib başqa eraya keçirik. NATO-ya deyəcəyik ki, Alyansa üzv olmaq istəyirik".

Andersson, "İsveç NATO-da ən yaxşı şəkildə müdafiə olunacağına inanır" dedi.

İsveçin hakim Sosial Demokratlar Partiyası daha əvvəl hərbi ittifaqa qoşulmaq təklifini dəstəkləyib. Parlamentdəki demək olar ki, bütün partiyalar üzvlük təklifini dəstəklədiklərini bildiriblər.

İsveç və Finlandiya qəbul üçün birlikdə müraciət edəcəklər. Hər iki ölkə Rusiyanın Ukraynaya təcavüzündən və onların təhlükəsizliyinə Rusiya tərəfindən artan təhlükədən sonra neytral statusunu dəyişmək qərarına gəlib.

İsveç hökuməti artıq mayın 17-də NATO-ya üzv olmaq üçün rəsmi müraciət etmək niyyətindədir.

Bundan əlavə, Finlandiya rəsmi olaraq NATO-ya müraciət edəcəyini və çərşənbə axşamı da bunu etməyi planlaşdırdığını açıqlayıb. Finlandiya və İsveçin NATO-ya daxil olması üçün hüquqi prosesin də sürətləndirilməsi gözlənilir.