Paytaxt Stokholmda Quran yandırma aksiyasından sonra dinin təhqir edilməsi ilə bağlı mübahisələrin davam etdiyi bir mühitdə İsveç baş naziri Ulf Kristerssonun (59) həyat yoldaşı Birgitta Ed (54) kilsəyə qəbul edilib və keşiş olub.
Birgittanın keşiş titulu alması mərasimi Stokholmdan 80 km qərbdə yerləşən Strangnas Katedralində keçirilib.
İsveç Kilsəsinin yepiskopu Con Dalmanın sədrliyi ilə keçirilən tədbirdə Birgittanın baş nazirinin həyat yoldaşı Ulf Kristersson və onların 3 qızı, həmçinin keçmiş baş nazir Karl Bildt və ədliyyə naziri Qunnar Strömmer iştirak ediblər.