İsveç Aİ və NATO-nun ölkəyə girişini sadələşdirib

İsveç 2023-cü il yanvarın 1-dən dekabrın 31-dək Avropa İttifaqı (Aİ), NATO və İsveçrə ölkələrindən hərbi birləşmələrin ölkə ərazisinə çıxışı ilə bağlı çərçivə qərarı qəbul edib.

“Qərar sadələşdirilmiş giriş prosedurlarını ehtiva edir və [İsveç] silahlı qüvvələrinə adıçəkilən ölkələrlə, NATO ilə və İsveç ərazisində Birgə Ekspedisiya Qüvvələrinin (JEF) bir hissəsi kimi təlimlər keçirmək üçün fəaliyyət azadlığı verir”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu qərar müdafiə sahəsində əməkdaşlığın inkişafına yönəlib ki, bu da qərarların daha sürətli qəbulu proseslərinə və daha səmərəli lisenziyalaşdırmaya ehtiyacı şərtləndirir. İsveç Şimali Atlantika Alyansı və Aİ ilə birgə potensialı saxlamaq və artırmaq niyyətindədir.

Türkiyə parlamentinin sədri Mustafa Şentop bildirmişdi ki , İsveç və Finlandiya parlamentlərinin nümayəndələri yanvarda NATO-ya daxil olmaq ilə bağlı məsələləri müzakirə etmək üçün respublikaya səfər edəcəklər.