İstanbulda rezin zavodu yanıb

İstanbulda rezin zavodunda yanğın baş verib. 

Bizimxeber.az bildirir ki, bu barədə Türkiyə telekanalları xəbər verib. Yanğının səbəbi hələlik məlum deyil. 

Qeyd olunur ki, Başakşehirin sənaye zonasında hələ məlum olmayan səbəbdən ikimərtəbəli sexdə yanğın baş verib. 

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və tibbi briqadalar göndərilib. Yanğının söndürülməsi üçün 66 nəfər və 19 texnika çalışır. Yanğınsöndürənlər binanın damında sıxılmış vəziyyətdə qalan 3 nəfəri xilas ediblər.