İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla saxlanıldı


Türkiyənin İstanbul şəhərində azərbaycanlının üzərindən 70 kiloqram qızıl aşkarlanıb.

Bizimxeber.az xəbər verir ki, bu barədə Türkiyə mediasında xəbərlər yayılıb.

Qeyd olunub ki, Azərbaycan vətəndaşı M.G.Ş. adlı şübhəli Sarıyer səmtində ticarət mərkəzlərinin birinin qarşısında taksidə olarkən polis qrupları tərəfindən saxlanılıb.

Onun İstanbul Prokurorluğu tərəfindən verilən təlimat çərçivəsində saxlanıldığı bildirilib.

Şübhəli şəxs xüsusi xidmət orqanlarının əməkdaşlarına məhsulların özünə aid olduğunu və diplomat kimi çalışdığını deyib. Faktla bağlı araşdırma başlanılıb.