Türkiyədə “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılan azərbaycanlının kimliyi məlum olub.
Bizimxeber.az bildirir ki, bu şəxs polkovnik-leytenant Məmmədov Qəhrəman Şamil oğludur.
O, qızıl qaçaqmalçılığı ilə bağlı ittiham olunur.
O, əvvəllər Azərbaycanın dövlət strukturlarında, xüsusən də 2017-2021-ci illərdə Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə çalışıb.
Tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanıda hərbi attaşesi təyin olunub. Qeyd edək ki, polkovnik-leytenant Qəhrəman Məmmədov Bakıya gətirilib və istintaqa cəlb olunacaq.