"İstanbul hücumunun əmri ABŞ-dan verilib" - Doğu Perinçək

Türkiyənin Ana Vətən Partiyasının lideri Doğu Perinçək İstanbulda terror aktının həyata keçirilməsi əmrinin ABŞ-dan verildiyini bildirib.

Bizimxeber.az bildirir ki, bu barədə Türkiyənin “ Aydınlık ” qəzeti məlumat yayıb. 

"Hücumun arxasında duran güc bəllidir. Hansı terror təşkilatı tətiyi çəksə də, əmri ABŞ verir. Həm PKK, həm FETÖ (Türkiyədə qadağan olunmuş İslam təbliğçisi Fətullah Gülənin təşkilatı), həm də İD (qadağan olunmuş terror təşkilatı) və bu kimi təşkilatlar Vaşinqtondan idarə olunur”, - Perinçək bildirib.

Bu arada İstanbuldakı hücumdan sonra xəstəxanalardan buraxılanların sayı 58 nəfərə çatıb. Bu barədə Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca Twitter hesabında məlumat verib.

"17 yaralı hələ də müalicə alır və altı xəstə reanimasiyadadır" deyə o yazıb. 

Daha əvvəl “Yeni Şafak” qəzeti polisin məlumatlarına istinadən məlumat yayıb ki, terror aktı törətməkdə şübhəli bilinərək saxlanılan Suriya vətəndaşı Əhlam əl-Bəşir amerikalı təlimatçılardan terror təlimi keçib. Qadın hadisə yerindən qaçdıqdan 10 saat sonra orada partlayıcı qurğu olan çanta qoyub saxlayıb . Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları onun marşrutunu izləyən 1,2 min CCTV kamerasının köməyi ilə onu tapmaq mümkün olub.

Noyabrın 13-də İstanbulun mərkəzindəki İstiqlal küçəsində partlayış baş verib. Nəticədə son məlumatlara görə 8 nəfər ölüb.