İstanbul Hava Limanında terapiya itləri - Pilot layihə

İstanbul Hava Limanı, itlərin köməyi ilə sərnişinlərdəki stress və narahatçılığı aradan qaldırmağı hədəfləyən pilot layihəyə start verib.

Bizimxeber.az bildirir ki, proqramın bütün dördayaqlı üzvləri peşəkar şəkildə öyrədilmiş və insanları sakitləşdirmək üçün öyrədilmiş sertifikatlı terapiya itləridir.

"Terapevt it komandası" aylarla davam edən hazırlıq və intensiv məşqdən sonra səslər və insanların varlığı kimi diqqəti yayındıran stimullara qarşı həssaslığı aradan qaldırmağı öyrəndikdən sonra fevralın sonundan etibarən vəzifədədir.

İstanbul Hava Limanının müştəri xidməti meneceri Kadir Demirtaş deyib ki,  -"Biz onların təhlükəsizliyini təmin etməli və 100% istənilən mühitə uyğunlaşmalıyıq".

Rəsmi döş nişanları və geyim forması olan hava limanının işçiləri olan heyvanlar müəyyən qrafikə malikdir və sərnişinlərin pik saatlarında, səhər saat 10:00-dan axşam 16:00-a kimi işləyirlər.

Hava limanının rəhbərliyi bildirib ki, səyahətçilərin ilk müsbət rəyindən sonra artıq pilot layihəni genişləndirməyi planlaşdırır.