İsrailin xəbərdarlığı - Türkiyə vətəndaşlarını Livandan təxliyə edir

Türkiyə öz vətəndaşlarını Livandan dəniz yolu ilə təxliyə etmək qərarı verib.

Bizimxeber.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, bu gün iki Hərbi Dəniz Qüvvələri gəmisinin Beyruta yola düşəcəyi gözlənilir ki, bu da təxminən 2000 insanı evə gətirə biləcək. Bu gəmilər Türkiyənin humanitar yardımını da Livana çatdıracaq. Bəyanatda o da bildirilir ki, zərurət yaranarsa, təxliyə prosesi növbəti günlərdə uzadılacaq.

İsrail ordusunun Livanın cənub sahillərində tezliklə əməliyyatlara başlayacağı xəbərdarlığından sonra Türkiyə vətəndaşlarından təxliyə üçün müraciət etmələri istənilib.