İranın keçmiş vitse-prezidenti və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) veteranı Möhsün Rezayi Suriyadakı vəziyyət fonunda İsrailin addımlarını şərh edib.
Bizimxeber.az "Bloomberg"ə istinadən bildirir ki, İsrailin növbəti hədəfi İraqdır.
“Bu, Qəzzə ilə başladı, sonra Livana girdilər, son iki həftədə isə Suriyaya... Qarşıdakı aylarda onlar İraqa hücum etmək niyyətindədirlər və İrana hücumlarını davam etdirmək arzusundadırlar”, - deyə Rezai bildirib.
İrandakı yüksək vəzifəli siyasətçilər İsrailin hərbi hücumunun indi öz ölkələrinin sərhədlərinə yaxınlaşa biləcəyindən getdikcə daha çox qorxurlar.