İsrail və Fələstinin HƏMAS hərəkatı tərəflərin atəşkəs və Qəzza zolağında saxlanılan bir neçə girovun azad edilməsi ilə bağlı razılığa gəldiyinə dair yayılan məlumatları təkzib ediblər.
Bu barədə məlumatı İsrailin “The Jerusalem Post” qəzeti yayıb.
Hər iki tərəf bununla İordaniyanın “Al-Qad” qəzetinin yaydığı məlumata reaksiya verib. Sözügedən qəzet noyabrın 19-u İsrail və HƏMAS-ın razılığa gəldiyini və bunun bu gün qüvvəyə minəcəyini yazıb.
Qəzetin məlumatında bildirilib ki, noyabrın 20-si 50 israilli girov 50 fələstinli girov ilə mübadilə ediləcək.