İsrail BMT İnsan Haqları Şurasının (UNHRC) üzvü olan 47 ölkədən biri deyil və buna görə də üzv olmadığı qurumdan çıxa bilməz.
Bizimxeber.az bildirir ki, bu barədə TASS-a şuranın rəsmi nümayəndəsi Paskal Sim məlumat verib. Onun sözlərinə görə, İsrail İHK-da yalnız müşahidəçi olub və 47 nəfərlik qrupa daxil olmayıb:“Şurada müşahidəçi olan dövlət, üzvü olmadığı qurumdan çıxa bilməz”.
Sim xatırladıb ki, İsrail hakimiyyəti uzun illərdir Şura ilə daimi qarşılıqlı əlaqədə olub. Qeyd edək ki, bundan əvvəl İsrail BMT-nin İnsan Haqları Şurasından çıxdığını bəyan edib.