İsrail Colan təpələrində Suriya ilə sərhəddə bufer zonanın işğalı barədə ABŞ rəhbərliyini əvvəlcədən məlumatlandırıb.
Bizimxeber.az bildirir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Qeyd olunur ki, İsrail ABŞ prezidenti Co Baydenin administrasiyasına yəhudi dövlətinin silahlı qüvvələrinin Colan təpələrindən kənarda Suriya ərazisinə daxil olması barədə məlumat verib.
Dekabrın 8-i səhər saatlarında İsrail ordusu Suriya ilə sərhəddəki bufer zonada öz qüvvələrini yerləşdirdiyini rəsmən elan edib. Baş nazir Benyamin Netanyahunun izah etdiyi kimi, bu hərəkətlər Ərəb Respublikasında baş verən son hadisələrlə əlaqədar həyata keçirilib, müdafiə xarakteri daşıyır və müvəqqəti tədbirdir.