İsrail qırıcıları Yəməndəki husi hədəflərini vurdu

İsrail qırıcı təyyarələri  Yəmənin Hudeyda limanı yaxınlığında husilərin hərbi obyektlərinə zərbələr endirib. Ən azı 3 nəfər ölüb, 87 nəfər yaralanıb.

Bizimxeber.az Beynəlxalq mənbələrə istinadən bildirir ki, Yəmənin Husilər hərəkatının əsas televiziya xəbər orqanı olan Əl-Masirah TV-nin səhiyyə nazirliyinə istinadən verdiyi məlumata görə, yaralıların əksəriyyəti neft obyektlərinə və elektrik stansiyasına edilən hava zərbələri nəticəsində ağır yanıqlar alıb.

Hodeyda sakinləri telefonla Reuters-ə bildiriblər ki, intensiv bombardman zamanı şəhərin hər yerində partlayış səsləri eşidilib, Əl-Məsirə telekanalı isə mülki müdafiə qüvvələrinin və yanğınsöndürənlərin limanın neft çənlərindəki yanğınları söndürməyə çalışdığını bildirib.

İsrailin hərbi sözçüsü limanın husilər tərəfindən İrandan silah göndərilməsi üçün istifadə edildiyini bildirib. Onun sözlərinə görə, İsraildən 1700 km-dən (1056 mil) çox məsafədə olan hədəflər enerji infrastrukturu kimi ikili istifadə obyektlərini əhatə edir.