Kişinyovda israilin səfirliyi açılıb.
Bizimxeber.az bildirir ki, ölkənin xarici işlər naziri Gideon Saarın iştirakı ilə İsrail səfirliyinin rəsmi açılış mərasimi baş tutub.
İsrailin Moldovadakı səfirliyinin açılış mərasimində İsrail Xarici İşlər Nazirliyinin rəhbəri ilə yanaşı, onun moldovalı həmkarı Mixay Popsoi də iştirak edib.
Səfirliyin açılışı 2024-cü ilin dekabrında elan edilib.