İsrail Livan-Suriya sərhədindəki tuneli bombaladı

İsrail əsgərləri Livan-Suriya sərhədində 3,5 km uzunluğunda tunelə zərbələr endirib.

Bizimxeber.az bildirir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.

“Tunel yeraltı böyük miqdarda silahların daşınması və saxlanması üçün istifadə edilir”, – ordu rəsmiləri qeyd ediblər.

Daha əvvəl İDF-nin Hizbullahın kəşfiyyat qərargahına 73 ton partlayıcı atdığı bildirilmişdi.