İsrail Hizbullaha hücumu davam etdirəcək - Netanyahu

"Ölkənin şimalındakı sakinlər təhlükəsiz şəkildə evlərinə qayıdana qədər İsrail Hizbullaha hücumu davam etdirəcək".

Bizimxeber.az bildirir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“Sakinlərimizi sağ-salamat evlərinə qaytarmaq əzmindəyik... Mən bir şeyə söz verirəm: onlar öz evlərinə qayıdana qədər biz dayanmayacağıq”, - deyə  The Times of Israel onun sözlərindən sitat gətirir.

Netanyahunun sözlərinə görə, İsrail Hizbullaha təsəvvür edə bilmədiyi hücumlar həyata keçirir. 

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri (IDF) Livanla sərhəddə vəziyyətin gərginləşməsi fonunda ehtiyatda olan iki əlavə briqadanı səfərbər edir.