İsrail də BMT-nin bu şurasını tərk etdi

ABŞ-ın ardınca İsrail də Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasından (UNHRC) çıxdığını bəyan edib. 

Bizimxeber.az bildirir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar "X" sosial şəbəkəsində yazıb. 

O bildirib ki, İsrail ABŞ prezidenti Donald Trampın BMT-nin İnsan Haqları Şurasının işində iştirak etməmək qərarını alqışlayır. "BMT-nin İnsan Haqları Şurası ənənəvi olaraq insan haqlarını pozanları qoruyur, onlara nəzarətdən yayınmağa imkan verir və bunun əvəzinə Yaxın Şərqdəki yeganə demokratiya olan İsraili şeytanlaşdırır. Bu qurum insan haqlarını təbliğ etmək əvəzinə demokratik ölkələrə hücuma və antisemitizmi təbliğ etməyə yönəlib " deyə Gideon Saar bildirib.

Onun sözlərinə görə, İsrailə qarşı 100-dən çox pisləyici qətnamə qəbul edilib ki, bu da Şuranın indiyədək qəbul etdiyi bütün qətnamələrin 20%-dən çoxunu təşkil edir. İran, Kuba, Şimali Koreya və Venesuelaya qarşı daha çox qətnamə. İsrail bu ayrı-seçkiliyə daha dözməyəcək!".

ABŞ prezidenti Donald Tramp fevralın 4-də ölkəsini BMT-nin müxtəlif qurumlarından, o cümlədən İnsan Haqları Şurasından çıxarmaq barədə sərəncam imzalayıb.

Fərmana əsasən, Vaşinqton BMT-nin bu şurasından, eləcə də fələstinlilərə əsas yardım təşkilatından çıxır və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı - YUNESKO-da iştirakına yenidən baxmalacaq.