İsrael Ukraynaya kəşfiyyat məlumatları dəstəyi verir

İsrail Ukraynanı Rusiyanın döyüş meydanında istifadə etməyə başladığı İran pilotsuz təyyarələri ilə bağlı əsas kəşfiyyat məlumatları ilə təmin edir.

Bizimxeber.az bildirir ki, bu barədə “ The New York Times ” yüksək rütbəli ukraynalı məmura istinadən yazıb. O, həmçinin qeyd edib ki, İsrailin özəl şirkəti Ukraynaya rus qoşunlarının mövqelərinin peyk şəkillərini təqdim edir.

NYT qeyd edir ki, Ukrayna da bundan əvvəl İsraildən ölkənin Dəmir Günbəzinin, eləcə də uzaq mənzilli Barak 8 hava hücumundan müdafiə sisteminin uğurunu nəzərə alaraq hava hücumundan müdafiə sistemləri verməsini xahiş edib.

Lakin İsrail Rusiya Federasiyasının hərbi mövcudluğunun olduğu Suriyada İsrailin hava hücumlarına mane olmaq üçün Rusiyanı təhrik etmək istəməyərək indiyədək bundan imtina edib.