İspaniyanın 200 tonluq yardımı Polşa limanına çatdı

İspaniyanın Ukraynaya göndərdiyi 200 tonluq hərbi yardımı daşıyan “Ysabel” adlı gəmi Polşanın Qdinya limanına çatıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Polşanın “Dziennik” nəşri yayıb.

Məlumata görə, İspaniya Hərbi-Dəniz Qüvvələrinin gəmisi aprelin 22-si Rota limanını tərk edib. Gəminin göyərtəsində silah-sursatla yanaşı, 30 yük avtomobili və 10 yüngül yolsuzluq avtomobili də var.