İslam ədəbiyyatı nəşriyyatının rəhbərinə 17 il cəza verildi - Terrorçuluğu maliyyələşdirib

Rusiyanın ən böyük islam ədəbiyyatı nəşriyyatı “Umma”nın rəhbəri Aslambek Ejayev  terrorçuluğu maliyyələşdirməkdə ittiham edilərək 17 il müddətinə azadlıqdan məhrum olunub.

Bizimxeber.az  bildirir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

İstintaq Komitəsi Aslambek Ejayevi “radikal İslam ideyasının tərəfdarı” adlandırır. O, 2012-ci ildə "İslam Dövləti"nin maliyyələşdirilməsini təşkil edib, İD-i maliyyələşdirmək niyyətində olan "pul aldığı podratçılarla gizli görüşlər" keçirib.

İstintaq Komitəsi iddia edir ki, nəşriyyat Rusiyada “terror xarakterli cinayətlər” törətdiklərinə görə axtarışda olan şəxslərə 34 milyon rubldan çox pul köçürüb.

Aslambek Ejayev pul yığmaq və köçürmək üçün “Umma” nəşriyyatından istifadə edib və kitablar ekstremist kimi tanınıb.

Aslambek Ejayev son sözdə 60 yaşında ona verilən cəzanın onsuz da ömürlük olacağını bildirən naşir, babasının Stalinin vaxtında üçlüyün hökmü ilə güllələndiyini əlavə edib.