İsa Qəmbər pul məsələsinə aydınlıq gətirdi -"Əlində fakt varsa, ortaya qoysun"

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Ümid Partiyasının sədri İqbal Ağazadənin 2003-cü ilin oktyabrında Müsavatın qərargahından külli miqdarda pulun daşınması ilə bağlı iddiasına münasibət bildirib. 

Pravda.az-ın xəbərinə görə, İ.Qəmbər bildirib ki, bu fikir mənasız və əsassızdır, həqiqətəuyğun deyil. “Şayiələrə baş qoşmaq olmaz. Əlində fakt varsa, ortaya qoysun. Bu cür böhtanlara yer yoxdur” – o qeyd edib.