İrəvanda "Qarabağ" mahnısını oxuyan iranlıların videosunu yayan şəxs həbs edildi

İrəvandakı Respublika meydanından bir qrup şəxsin Azərbaycan dilində “Qarabağ” mahnısını ifa etdiyi videonun müşayiəti ilə “Facebook”da paylaşımın müəllifi saxlanılıb.

Bizimxeber.az "Sputnik Armenia"ya  istinadən bildirir ki, yanvarın 30-da yazdığı yazıda “Müstəqil Strateji Araşdırmalar Mərkəzi” QHT-nin rəhbəri Q.B (İstintaq Komitəsi yalnız baş hərfləri göstərir, lakin sosial şəbəkələrdə onun həmkarları onun Qərib Babayan olduğunu yazır – red.) videonu əlavə edib.  

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin daha sonra məlumat verdiyi kimi, əslində bu şəxslərin İran vətəndaşları olduğu üzə çıxıb. Milli Təhlükəsizlik Xidməti də qeyd edib ki, səs yazısında dözümsüzlük və nifrətə çağırış elementləri var və bu səbəbdən materialları İstintaq Komitəsinə ötürüb.

Bu əsasda İstintaq Komitəsi iş açıb və qeyd edib ki, yazıdakı bəyanat “respublikanın hakimiyyət və hüquq-mühafizə orqanlarına nifrət çağırışları” ilə müşayiət olunub. Babayan saxlanılıb və həbsi üçün vəsatət verilib.