İrəvan meriyasında dava düşdü - Polis ağsaqqalları döydü - VİDEO

İrəvan meriyasında iqtidar və müxalifət fraksiyalarının üzvləri arasında dava düşüb.

Bizimxeber.az bildirir ki, insident mer Tiqran Avinyanın da iştirak etdiyi səsküylü iclas zamanı elan edilən fasilə zamanı baş verib.

Meriya binasına "Qırmızı berelilər" çağırılıb. Onlar əvvəlcə oradakıları sakitləşdirməyə çalışsalar da, sonra Ağsaqqallar Şurasının üzvlərini zorla zaldan çıxarmağa başlayıblar ki, bu da vəziyyəti daha da qızışdırıb.