İranın səfiri ölkəsindən Ermənistana yardım istədi

İranın Ermənistandakı səfiri Mehdi Sobhani İrandan Ermənistana humanitar yardım göndərilməsinə çağırıb. 

Bizimxeber.az bildirir ki, o, deyib ki, İran Qızıl Aypara Cəmiyyəti ilə də danışıqlar aparılıb.

"İran hökuməti hazırlıq işləri aparır. Üç gün əvvəl mən və İran parlamentinin digər üzvü Ara Şahverdyan xarici işlər nazirinin müavini ilə görüşdük və Qarabağdan könüllü köçən ermınilərə yardım edilməsini istədik".