İranda qəzəbli insanlar SEPAH-a bağlı banka od vurdular - VİDEO

İranda qəzəbli insanlar SEPAH-a bağlı banka od vurublar.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. İran milli futbol komandası Qətərdə ABŞ-yə məğlub olduqdan sonra Kamyaran şəhərində gənclər küçələrə çıxaraq etiraz aksiyası keçiriblər.

Xüsusi təyinatlı qüvvələr gəncləri dağıtmaq üçün hadisə yerinə gəldikdə gənclər onlarla mübarizə aparmağa başlayıblar. Əlisilahlı hökumət qüvvələrini qovduqdan sonra etirazçı gənclər SEPAH-a bağlı “Sepəh Bank”ın filialını yandırıblar.