İranda prezident seçkilərinin ikinci turu başa çatıb

"Iranda ölkədə prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb".  

Bizimxeber.az bildirir ki,bunu İranın seçki qərargahının nümayəndəsi Möhsün Eslami IRIB telekanalının efirində deyib.

“Səsvermə vaxtı başa çatıb. Bu, seçki kampaniyasının başa çatması deməkdir”, - deyə o bildirib.

Səsvermə məntəqələri bağlandıqdan sonra səslərin hesablanması başlayıb.

İran prezidentliyinə mühafizəkar Səid Cəlili və islahatçı Məsud Pezeşkiyan iddialıdır. Birinci turda onların heç biri 50%-dən çox səs toplaya bilməyib. 

İyunun 29-da İran Daxili İşlər Nazirliyi iyulun 5-də prezident seçkilərinin ikinci turunu elan edib.