İranda internet kəsildi

Bu gün yerli vaxtla səhər saat 09:00-dan başlayaraq İranda internet kəsintiləri yaşanır.

Bu barədə Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb.

Bildirilib ki, əksər bölgələrdə internetdən istifadə mümkün deyil. Bütün provayderlər və operatorlarda ciddi nasazlıq yaranmasına baxmayaraq, hadisənin səbəbləri və təfərrüatı açıqlanmayıb.