İranda baş verən terror hücumu sifarişlidir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tehrandakı səfirliyimizə olan silahlı hücumla bağlı "Twitter"də paylaşım edib.

Paylaşımda deyilir:

"Azərbaycan Respublikasının İrandakı Səfirliyinə xain terror hücumunu qətiyyətlə pisləyirik. Həlak olan zabitimizin ailəsinə və yaxınlarına başsağlığı veririk.

Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmalıdır".