İsrail ordusu "Tövbə günləri" adlı əməliyyat çərçivəsində İrana qarşı çoxsaylı hava zərbələri həyata keçirdiyini təsdiqləyib.
Bizimxeber.az İsrail mediasına istinadən bildirir ki, hücum səhər saat 5:45-də başa çatıb və üç böyük dalğada icra olunub. İkinci və üçüncü dalğalar zamanı İranın pilotsuz təyyarələri və raket istehsal sahələri hədəf alınıb.
İsrail Müdafiə Qüvvələri (İDF) zərbələrin, İsrail dövlətinə və vətəndaşlarına qarşı davamlı hücumlara cavab olaraq həyata keçirildiyini bildirib. Əməliyyatın bütün məqsədlərinə nail olunduğu və bütün təyyarələrin təhlükəsiz şəkildə geri döndüyü açıqlanıb.
Eyni zamanda, İDF, İranda hava əməliyyatlarının azadlığını məhdudlaşdıran yer-hava raket komplekslərini də vurub. Müdafiə naziri Yoav Gallant, hücumları Təl-Əvivdəki təhlükəsiz kompleksdən idarə edib.
İDF, İran rejimi hücumları davam etdirərsə, İsrailin öz vətəndaşlarını müdafiə etmək hüququnu saxladığını bildirib.