İrana hücum ölümcül və təəccüblü olacaq

“İrana hücum öldürücü, dəqiq və hər şeydən əvvəl təəccüblü olacaq. Nə baş verdiyini və necə baş verdiyini başa düşməyəcəklər. Onlar nəticələri görəcəklər”.

Bizimxeber.az bildirir ki, bunu İsrailin müdafiə naziri Yoav Gallant qoşunlar qarşısında çıxışı zamanı bildirib.

O əlavə edib ki, kim İsraili vurarsa, zərər görəcək və əvəzini ödəyəcək.