İran Rusiya ilə hərbi blokda birləşməyə hazırdır - Bağeri

"İran hələ də Rusiya ilə hərbi blok yaratmağa hazır deyil, lakin gələcəkdə belə bir ehtimal istisna edilmir". 

Bizimxeber.az Rusiya KİV-lərinə istinadən bildirir ki, bu barədə İran Silahlı Qüvvələrinin baş komandanı Məhəmməd Bağeri deyib: "Əlbəttə ki, hərbi əməkdaşlığı inkişaf etdirəcəyik və gələcəkdə buna gələ bilərik, amma indiyə qədər münasibətlərimiz hələ belə bir mərhələyə çatmayıb. İran və Rusiya hərbi əməkdaşlığı, silah alışı və terrorla mübarizəni nəzərdə tutan müqavilə bağlamaq niyyətindədir. Çin ilə bənzər müqavilə artıq 25 il müddətinə bağlanıb".